İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Ponoroqo bölgəsindən 19 kilometr cənub-qərbdə 127 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələdən sonra tələfat və ya dağıntı barədə məlumat verilməyib.