EN

Makron sosial şəbəkələrin qadağan olunmasını dəstəklədi “Uşaqların beyni satılmır...”

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Fransa Prezidenti Emmanuel Makron 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrin qadağan olunmasını nəzərdə tutan təşəbbüsü dəstəklədiyini açıqlayıb.

“AzPolitika” xəbər verir ki, Makron bu barədə sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, alimlərin tövsiyə etdiyi və Fransa cəmiyyətinin böyük əksəriyyətinin tələb etdiyi bu addım artıq Milli Assambleyada dəstək qazanıb. Onun sözlərinə görə, bu qərar uşaqların psixoloji və zehni sağlamlığının qorunması baxımından mühüm mərhələdir.

Makron qeyd edib ki, indi növbə Senatadır və qanunverici proses konstruktiv şəkildə davam etdirilməlidir. O, qadağanın gələn tədris ilinin əvvəlindən – 1 sentyabrdan etibarən qüvvəyə minməsi üçün hökumətdən sürətləndirilmiş prosedurun işə salınmasını tələb etdiyini vurğulayıb.

Fransa Prezidenti uşaqların beyninin kommersiya məqsədləri üçün istifadə olunmamalı olduğunu bildirərək, onların nə Amerika platformalarına, nə də Çin sosial şəbəkələrinə “satılmayacağını” qeyd edib. Makronun fikrincə, uşaqların arzuları alqoritmlər tərəfindən formalaşdırılmamalıdır və Fransa narahat, asılı bir nəsil deyil, respublika dəyərlərinə inanan bir gənclik yetişdirmək niyyətindədir.

Paylaşımda həmçinin vurğulanıb ki, Fransa 2018-ci ildən bəri rəqəmsal platformaların tənzimlənməsində qabaqcıl rol oynayır və bu addımla Avropada bu istiqamətdə ilk təşəbbüs göstərən ölkəyə çevrilir.

Makron bildirib ki, sentyabrın 1-dən etibarən Fransa uşaqları və yeniyetmələri sosial şəbəkələrin zərərli təsirlərindən qorunacaq və bu prosesə şəxsən nəzarət edəcək.

Rasim

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
azpolitika.info

1Sources