EN

Məşhur italiyalı bodibilder evində ölü tapıldı

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Məşhur italiyalı bodibilder Andrea Lorini evində ölü tapılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, "Qiqant" ləqəbli Andreanın meyitini anası aşkarlayıb.

Mənzildə oğlunu huşsuz vəziyyətdə tapan qadın təcili tibbi yardım çağırsa da, gec olub. Ailəsi onun cəsədinin yarılmasına qarşı çıxıb. Bu üzdən 48 yaşlı idmançının ölüm səbəbləri bəlli deyil. Üstəlik, Andreasın vəfatı ilə bağlı mətbuata və ictimaiyyətə açıqlama vermək istəməyiblər.

Qeyd edək ki, bu, yanvar ayında üçüncü bodibilderin ölüm xəbəridir. Lorinidən əvvəl 28 yaşlı Kevin Notario Nunyes və 55 yaşlı De Souza da vəfat edib.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
84
525.az

1Sources