Meksikada naməlum şəxslərin hücumu nəticəsində 11 nəfər ÖLÜB
Ajans.az Jornada qəzetinə istinadən xəbər verir ki, hadisə 25 yanvar axşamı Loma de Flores kəndindəki futbol meydançasında baş verib. Silahlı şəxslər bir qrup insana atəş açaraq hadisə yerindən qaçıblar. Salamanka hökumətinin bəyanatında bildirilir:
"Hadisə nəticəsində 11 nəfər həlak olub, onlardan 10-u hadisə yerində, 1-i isə xəstəxanada ölüb." Hakimiyyət orqanları əlavə edib ki, 12 nəfər yaralanaraq xəstəxanaya aparılıb. Polis hücum edən şəxslərin axtarışını davam etdirir.