AzVision.az xəbər verir ki, Türkiyə Xarici İşlər nazirliyinin ölkəparlamentinin Xarici Əlaqələr Komitəsinə təqdim etdiyi hesabata istinad edən “Türkiye” nəşri belə məlumat yayıb.
Qəztin yazdığına görə, Türkiyə XİN-in nümayəndələri millət vəkillərinə bildiriblər ki, Ankara“bütün ehtimallar üçün”bir neçə ssenari, o cümlədən sərhədin İran tərəfinə gələnlərin orada saxlanılmasına imkan verəcək bufer zonası yaratmaq planı hazırlayıb.
“Hesab edirik ki, miqrasiya dalğası zamanı gələnlərin İran tərəfində qalması üçün bufer zonası olmalıdır”,- məruzədə vurğulanır.
Nazirlik həmçinin diqqətə çatdırıb ki, Türkiyə region ölkələrinin işlərinə xaricdən müdaxiləyə qarşı çıxır və bölgədə sabitliyin daha da pozulmasını istəmir.
Sahil İsgəndərov
AzVision.az