ABŞ-li meteoroloq Cennifer MakDermedin donmuş spagetti və çəngəllə bağlı paylaşımı sosial şəbəkələrdə viral olub.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Minneapolis şəhərindən olan meteoroloqun “X”dakı bu paylaşımı artıq 9,6 milyon baxış toplayıb.
“Bu səhər Minneapolisdə temperatur - 29,4°C-yə düşdü, amma hiss edilən temperatur - 42 idi! Əlbəttə, mən spagetti ilə eksperiment etməli idim”, - MakDermed yazıb.
Maraqlıdır ki, oxşar “spagetti fəndi”ni Miçiqan sakini Raçel Vipl da təkrarlayıb. O, çəngəldə spagettinin cəmi 20 dəqiqəyə donduğunu açıqlayıb.
Qeyd edək ki, hazırda ABŞ-nin böyük hissəsində soyuq hava şəraiti hakimdir. “Fern” fırtınasının gətirdiyi soyuq hava kütlələri səbəbindən 140 milyondan çox insan təhlükə altına düşüb. Ölkənin azı 22 ştatında fövqəladə vəziyyət elan edilib.
"Cebheinfo.az"