EN

Agentlik rəsmisi: Ərzaq bazarlarının sahibləri işlərini yenidən qurmalıdırlar



Ərzaq bazarları ilə bağlı da bəzi problemlər mövcuddur. Aparılan monitorinqlərin nəticəsi göstərir ki, həmin bazarlarda texniki- sanitar vəziyyət yaxşı deyil. Media vasitəsilə ərzaq bazarlarının sahiblərinə müraciət edərək bildirmək istəyirəm ki, bu sahədə dönüş yaratsınlar.

Bunu aia.az-ın əməkdaşının sualına cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov agentliyin 2025- ci ilin yekunlarına həsr olunan brifinqdə deyib.

Sədr müavini qeyd edib ki, ərzaq bazarlarının sahibləri sanitar-gigiyenik qaydaların tələblərinə uyğun olaraq işlərini yenidən qurmalıdırlar: "Tələblərə əməl etməyən bazarlarda yəqin ki, heyvan bazarlarında aparılan işlərə oxşar tədbirlər həyata keçiriləcək. Bildirim ki, bu il də ərzaq bazarlarında monitorinqlərin həyata keçirilməsi davam edəcək".



Chosen
10
5
aia.az

6Sources