İntensiv raket və PUA hücumlarına görə Kiyev şəhərində və vilayətində Azərbaycana aid heykəllərin baryerlər və qoruyucu çəpərlərlə mühafizəsi işləri davam edir.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, səfirliyin qarşısında Ümummilli Lider Heydər Əliyevin heykəlinin qorunması istiqamətində işlər yekunlaşıb. İrpen şəhərinin Dostluq parkında Azərbaycanın görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın abidəsinin, eləcə də Kiyevdə dünya şöhrətli müğənni Müslüm Maqomayevin heykəlinin baryerlər və qoruyucu çəpərlərlə mühafizəsi işləri başa çatmaq üzrədir. Qarşıdakı günlərdə digər abidələrimizin, o cümlədən Azərbaycanın görkəmli şairləri Nəsiminin, Səməd Vurğunun abidələrinin də mühafizəsi işləri başa çatacaq. Bu proses SOCAR-ın Ukraynadakı nümayəndəliyi tərəfindən icra olunur.
AZƏRTAC İrpendə Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyeva adına parkdan foto və video görüntüləri təqdim edir.
Heykəllərin açılması isə Ukrayna-Rusiya müharibəsi başa çatdıqdan sonra Azərbaycan dövlətinin qərarı ilə gerçəkləşə bilər.