Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycan və Ermənistanla birgə gömrük keçid məntəqələri layihələri üzərində fəal iş aparılır.
Â
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze Beynəlxalq Gömrük Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Â
Onun sözlərinə görə, bu layihələr regional əməkdaşlığın uğurlu nümunəsidir və Gürcüstanın tranzit və logistika imkanlarının daha da genişlənməsinə xidmət edir.
Â
Baş nazir əlavə edib ki, artan ixrac və idxal göstəriciləri fonunda Gürcüstanda Avropa İttifaqının standartlarına uyğun kompüterləşdirilmiş tranzit sistemi uğurla tətbiq olunub.
Â
İ.Kobaxidze deyib ki, vahid bəyannamə və vahid zəmanət prinsipi əsasında fəaliyyət göstərən bu sistem Avropa İttifaqı və müvafiq konvensiyanın 39 üzv ölkəsi daxilində yüklərin maneəsiz hərəkətini təmin edir.
Â
Hökumət rəhbəri vurğulayıb ki, Şərq-Qərb Ekspress Yolu, Bakı-Tbilisi-Qars Dəmir Yolu, quru limanlar və Anakliya Dərinsulu Limanı layihəsi Gürcüstanın Orta Dəhlizdəki rolunu gücləndirməyə xidmət edir.