EN

DİQQƏT! - Saat 11:00-dan bu ərazilərdə işıq sönəcək

Bu gün Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Azərişıq"dan Far.Az-ə verilən məlumata görə, yanvarın 26-da Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/6 kV-luq "Pirəkəşkül" yarımstansiyasında təmir işi aparılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan saat 15:00-dək Lələtəpə yaşayış massivi, Təzəkənd, Çaylı, Cəngi kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.

Chosen
82
13
far.az

10Sources