EN

Son bir ildə Nazirliyin fəaliyyət sahələri üzrə 711 min e-arayış verilib

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 711 min elektron arayış verilib.

XQ xəbər verir ki, nazirlik tərəfindən son illər xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində bir çox e-arayış xidmətləri də yaradılıb.

Bu e-xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etməyə imkan verir.

Chosen
83
9
xalqqazeti.az

10Sources