EN

İlham Əliyev ölkəsini mühüm nailiyyətlərə doğru aparır - FOTO

Azərbaycan və İsrail strateji münasibətlərini gücləndirir.

Missiya.Az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar "X" hesabındakı paylaşımında qeyd edib.

"Azərbaycan Prezidenti İlham Əliyev uzaqgörən bir liderdir və ölkəsini mühüm nailiyyətlərə doğru aparır. Bakıda çox maraqlı bir görüşümüz oldu və mən Prezidentə dostluğuna, həmçinin Azərbaycanda yəhudi icmasına verdiyi dəstəyə görə təşəkkür etdim. Bakıya müxtəlif sahələri əhatə edən İsrail şirkətləri və iqtisadi təşkilatlardan ibarət yüksək səviyyəli biznes-iqtisadi nümayəndə heyəti ilə gəldim. Ortaq məqsədimiz enerji, müdafiə, su, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığımızı daha da dərinləşdirməkdir", - deyə o paylaşımda bildirib.

The President of Azerbaijan @azpresident İlham Əliyev, is a visionary leader, leading his nation to impressive achievements.We had a fascinating meeting in Baku, and I thanked the President for his friendship and support for Jewish life in Azerbaijan. I arrived in Baku with a… pic.twitter.com/4Dhuu4fpDV

— Gideon Sa'ar | גדעון סער (@gidonsaar) January 26, 2026

Chosen
90
2
missiya.az

3Sources