Gələn həftə Milli Məclisin yaz sessiyası başlayır
Gələn həftə Milli Məclisin yaz sessiyası başlayır.
aia.az xəbər verir ki, parlamentin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.
Fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Bu il fevralın 1-i bazar gününə düşdüyündən plenar iclas fevralın 2-də keçiriləcək.
aia.az