EN

Ötən il Özbəkistana ən çox ziyarətçi Əfqanıstandan gəlib

Yazını böyüt
Yazını kiçilt

Özbəkistn Milli Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkəyə ticarət və işgüzar məqsədlərlə 446800 xarici vətəndaşın səfər edib.

Hafta.az yazır ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 247800 nəfər artım deməkdir. İşgüzar səfərlərin həcmi 2,2 dəfə artıb. Bu tendensiya regional ticarət əlaqələrinin intensivləşməsini və qonşu ölkələrlə iqtisadi trafikin artmasını göstərə bilər.

2025-ci ildə Özbəkistana işgüzar məqsədlərlə gələnlərin böyük hissəsi Əfqanıstandan olub - 415577 nəfər. Bundan başqa, Tacikistan 17962 nəfər, Türkmənistan 9048 nəfər, Rusiyadan 728 nəfər, Qazaxıstan 589 nəfər və Türkiyədən 587 nəfər gəlib. Digər bütün ölkələrdən gələnlərin toplam sayı isə 2355 nəfərdir.

Daha əvvəl bildirilmişdi ki, 2025-ci ilin yanvar-dekabr ayları arasında Özbəkistanda göstərilən bazar xidmətlərinin həcmi 1050,3 trilyon soma çatıb.

Chosen
195
hafta.az

1Sources