EN

Qəbələdə maşın aşdı: Ölən var

Qəbələdə ağır yol qəzası baş verib.

Hakimiyyet.az -ın milli.az-a istinadən məlumatına görə, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Nic qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, idarəetmədən çıxan "Nissan Navara" markalı avtomobil yol kənarına aşıb. Nəticədə sürücü, 28 yaşlı Mətin İbrahimov hadisə yerində ölüb, sərnişin, 26 yaşlı Kənan İlqar oğlu Zakirzadə isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
119
17
hakimiyyet.az

10Sources