EN

“Monako”nu İstanbul nəhənginə dəyişir

Fransa “Monako”sunun mərkəz müdafiəçisi Tilo Kerrer karyerasını Türkiyədə davam etdirə bilər. 

90deqiqe.Az-ın "Foot Mercato"ya istinadən məlumata görə, Almaniya millisinin üzvü Türkiyənin “Beşiktaş” klubunun maraq dairəsinə düşüb. İstanbul təmsilçisi artıq 29 yaşlı futbolçunun agenti və klubu ilə danışıqlar aparır.

“Beşiktaş” futbolçu üçün 15 milyon avro (3 milyon avro bonus daxil olmaqla) təklif edib. “Monako” isə oyunçu üçün 20 milyon avro gözləyir.

Kerrer iyun ayına qədər satılmalıdır, yoxsa klub UEFA-nın maliyyə qaydalarını pozmaq riski ilə üzləşə bilər. Eyni zamanda qeyd olunur ki, müdafiə xəttində baş verən son itkilər səbəbindən “Monako” başqa oyunçunu satmağa məcbur qala bilər.

Futbolçu mövsümün əvvəlində ehtiyat oyunçu olsa da, komanda yoldaşlarının zədələnməsi onun “Monako”da yenidən əsas heyət üzvü olmasına səbəb olub. 

29 yaşlı müdafiəçi bütün turnirlər üzrə 22 oyunda iştirak edib, o cümlədən UEFA Çempionlar Liqasının 7 oyununda da meydana çıxıb.

 

Chosen
35
90deqiqe.az

1Sources