ABŞ Prezidenti Donald Trampın administrasiyası nadir torpaq metallarının hasilatı ilə məşğul olan "Rare Earth" şirkətinə 1,6 milyard dollar investisiya yatırmağı planlaşdırır.
"Ölkə.az" xəbər verir ki, bunu "Financial" Times məlumatlı mənbələrə istinadən yazıb.
Məlumata əsasən, ABŞ hökuməti şirkətinin səhmlərinin 10 %-ni əldə edəcək. 1 milyard dollarlıq müqavilənin yanvarın 26-da imzalanacağı gözlənilir.
Mənbələrdən birinin sözlərinə görə, dövlət "USA Rare Earth" şirkətindən 16,1 milyon səhm və əlavə olaraq 17,6 milyon səhm üçün varrant alacaq. Hər səhm 17,17 dollar qiymətləndirilib.
Bundan başqa, şirkət hökumətdən bazar şərtlərinə uyğun olaraq 1,3 milyard dollarlıq təmin edilmiş borc maliyyələşməsi də alacaq.