EN

Taksi sürücülərinin sükan arxasında filmə baxmaları narazılığa səbəb olurVİDEO

Son zamanlar taksi sürücülərinin sükan arxasında filmə baxdıqları barədə məlumatlar çoxalır. Təhlükəli vəziyyət isə müştərilərin haqlı narazalığına səbəb olub. Odur ki, onlar öz iradlarını sosial şəbəkədə paylaşırlar.

Xezerxeber.az-ın məlumatına görə, ekspertlər deyirlər ki, bu kimi hərəkətlər qəzaların artmasına gətirib çıxarır.

Ekspert Adil Nəbiyev bildirir ki, həmin məsələ ilə bağlı qanunda hansısa qadağa yoxdur. Lakin sürücünün diqqətini yayındıran hallar yolverilməzdir.

Ekspert hesab edir ki, həmin sürücülərlə bağlı tədbirlər görülməlidir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
22
1
xezerxeber.az

2Sources