Hazırda Avropada hakimiyyətdə olan siyasətçilər nəsli ABŞ Prezidenti Donald Trampın sərt siyasi gedişlərinə və təzyiqlərinə müqavimət göstərmək iqtidarında deyil.
Â
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Â
Kreml rəsmisi qeyd edib ki, hazırda siyasətdə baş verən proseslər Avropada uzun müddət hökm sürən riyakarlığın, ikili standartların və Aİ ölkələrini idarə edən "zəif siyasətçilər nəslinin" fəaliyyətinin nəticəsidir.
Â
"Onlar Trampın inadkarlığına və təzyiqlərinə qarşı durmağı bacarmırlar", - deyə D.Peskov vurğulayıb.