EN

Dünya bazarında platin qıtlığı və bahalaşması gözlənilir – WPIC-DƏN XƏBƏRDARLIQ

Dünya Platin İnvestisiya Şurası (WPIC) 2027-ci ildən 2030-cu ilə qədər platin bazarında defisit gözləyir.

Azərbaycanda qızıl və platindən hazırlanan məhsul idxalı daha 3 il aksiz vergisindən - AZAD EDİLİR

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, təşkilat 2025-2030-cu illər arasında ümumi platin tədarükünün illik müqayisədə 0,9% artacağını gözləyir.

Nəticədə qlobal platin bazarında 2026-cı ildə tarazlıq olacağı, 2027-2030-cu illərdə isə qıtlıq olacağı gözlənilir.

"Platin qiymətlərinin artması və birja ehtiyatlarının artmasının 2026-cı ildə platin bazarlarında tarazlığa səbəb olacağı gözlənilir. Lakin, 2027-ci ildən başlayaraq platin bazarı kəsirinin yenidən başlayacağı və ən azı 2030-cu ilə qədər davam edəcəyi gözlənilir"-deyə bildirilir. 2027-2030-cu illərdə platin bazarında illik kəsir təxminən 348 000 unsiya olacaq. WPIC əlavə edib ki, geosiyasi qarışıqlıq davam etdikcə, qiymətli metallar (platin də daxil olmaqla) 2026-cı ildə təhlükəsiz sığınacaq aktivləri kimi çıxış etməyə davam edəcək. Ən son hadisə ABŞ-ın Venesueladakı hərəkətləri və Qrenlandiya ətrafındakı vəziyyət olub.

Platinin daha da bahalaşması bu metaldan hazırlanan zərgərlik məhsullarına tələbatı azaldacaq, eyni zamanda avtomobil tətbiqlərində platin əvəzedicisi kimi palladiumun istifadəsini artıracaq.

Eyni zamanda, təşkilat 2026-2030-cu illərdə qlobal palladium bazarında təklif artıqlığının yaranacağını gözləyir ki, bu da əsasən təkrar istehsalın artması ilə bağlıdır.

Xatırladaq ki, son bir ildə dünyada platin qiymətləri 3 dəfəyə yaxın artıb. Belə ki, 2025-ci ilin yanvarında planitinin bir unsiyasının qiyməti 960 dollar olduğu halda, 2026-cı ildə bu rəqəm 1781 dollar və ya 2,8 dəfə artaraq 2 741 dollara yüksəlib. 

Təkcə son 1 ayda platinin qiyməti 240 dollar və ya 10% artıb.

Chosen
22
fed.az

1Sources