EN

“Yer kürəsini 3 dəfə qaçmışam, heç 87 yaşa oxşayıram?” 64 ildir... VİDEO

ain.az, Milli.az portalına istinadən məlumat verir.

64 ildir atletika ilə məşğul olan 87 yaşlı Tarverdi Əliyev sağlamlıq və idmanla bağlı fikirləri ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, atlet sosial şəbəkələrdə verdiyi açıqlamada yaşına baxmayaraq aktiv həyat tərzini davam etdirdiyini bildirib.

Tarverdi Əliyev deyib:

"Görün, heç 87-yə oxşayıram? Yer kürəsini 3 dəfədən artıq qaçmışam. Dərman içmirəm, hər gün qaçıram. Bir gün qaçmasam elə bilirəm ki, qocalıram. Yaşıdlarım mənə həmişə həaəd aparırlar".

O, veteranlar üzrə marafon yarışlarında uğurlarını vurğulayıb:

"Qaçmaq üzrə 3 dəfə dünya çempionuyam və Avropa çempionuyam. Qaçmaq mənim üçün yeməkdən də üstündür. Qaçmayanda elə bil ki, nə isə dimdikləyir. Bir həftə qaçmasam, görürəm ki, kökləmişəm".

87 yaşında belə aktiv və qətiyyətli olan Tarverdi Əliyev idmanın sağlamlıq və həyat enerjisini qorumaqda əvəzsiz rol oynadığını göstərir və gənc nəsillərə nümunə olaraq diqqət çəkir.

Hüseyn

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
58
1
news.milli.az

10Sources