“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Aynrtaxt”ı 3-2 məğlub etməklə almanların pley-off şansını itirməsinə səbəb olub.
"Bakuinfo" xəbər verir ki, turnir cədvəlində 4 xalı olan “Aynrtaxt” “Qarabağ”ı məğlub etməklə pley-off şansını davam etdirmək istəyirdi, lakin bu məğlubiyyətdən sonra son turda (VIII tur) qalib gəlsə belə, ilk 24-lüyə yüksələ bilməyəcək.
“Qarabağ” isə qalib gəlməklə böyük ölçüdə ilk “24-lük”də yerini möhkəmləndirib. Hazırda təmsilçimiz onlayn turnir cədvəlində 19-cu sırada yer alır.
Qeyd edək ki, "Ayntraxt"a qədər iki klub ("Kayrat" və "Villareal") pley-off şansını itirmişdi.