EN

Ruslara viza vermədilər, AÇ-yə ev sahibliyindən məhrum edildilər

Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) Rusiya və Belarus idmançılarını ölkəyə buraxmadığı üçün Estoniyanı Avropa Çempionatına ev sahibliyi etmək hüququndan məhrum edib.

Publika.az xəbər verir ki, bu barədə Estoniya Qılıncoynatma Birliyinin baş katibi Ayvar Paalberq bildirib.

“Ohtuleht” Paalberqdən sitat gətirib:

“Qərar 14 yanvarda verilib, amma bizə yalnız bu gün məlumat verilib”.

“Delfi”nin məlumatına görə, turnir Parisdən 12 km məsafədə yerləşən Fransanın Antoniya şəhərinə köçürülüb. Turnir iyunun 16-dan 21-dək keçiriləcək.

Chosen
111
4
publika.az

5Sources