EN

ABŞ-ın 14 ştatında kəskin hava şəraiti ilə bağlı fövqəladə vəziyyət elan edilib

ABŞ-ın 14 ştatında fövqəladə vəziyyət elan edilib.


APA “ABC News”a istinadən xəbər verir ki, qar çovğunu səbəbindən Alabama, Arkansas, Ciorcia, Kansas, Kentakki, Luiziana, Missisippi, Mizuri, Nyu York, Şimali Karolina, Cənubi Karolina, Tenesi, Texas və Virciniya ştatlarında fövqəladə vəziyyət elan olunub.

Bundan başqa, ABŞ-da ölkə xaricinə və ölkəyə 1400-dən çox təyyarə reysi ləğv edilib.

Chosen
165
3
apa.az

7Sources