EN

Xaricə səfər edən Azərbaycan vətəndaşlarınınsayı 2,3 faiz azalıb

Ötən il 2024-cü illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2,3 faiz azalaraq 2109,9 min nəfər olub.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, Gürcüstana gedən vətəndaşların sayı 20,4 faiz, İrana gedənlərin sayı 9,2 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 31,5 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,6 faiz azalmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 41,2 faizi Türkiyəyə, 14,5 faizi Rusiya Federasiyasına, 10,7 faizi Gürcüstana, 9,7 faizi İrana, 23,9 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 63,5 faizini kişilər, 36,5 faizini qadınlar təşkil etmişdir.

2025-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,6 faizi hava, 28,5 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Chosen
183
25
teleqraf.com

10Sources