Yazını böyüt
Yazını kiçilt
Bakının Yasamal rayonu ərazisində səkkiz avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, hadisə yanvarın 22-də səhər saatlarında Kənar Dairəvi yolun 15-ci kilometrliyində, saat 07:00-da qeydə alınıb.
İlkin məlumata görə, qəza yolun sürüşkən olması səbəbindən baş verib.
Ara məsafəsinin düzgün seçilməməsi səkkiz avtomobilin bir-birinə çırpılması ilə nəticələnib. /oxu.az/