EN

Acqarına qəhvə: faydalı, yoxsa zərərli?

Həkimlər kofein qəbulunu gündə 400 milliqramla məhdudlaşdırmağı məsləhət görürlər.

QHT.az xəbər verir ki, qəhvə dünyanın ən məşhur içkilərindən biridir. Bir çox insan onu acqarına içsə də, bu vərdiş bəziləri üçün narahatlıqlara səbəb ola bilər. Tibb bacısı Kerri Madormo Very Well Health üçün yazdığı məqalədə acqarına qəhvə içməyin mümkün təsirlərini izah edib.

Mədə turşuluğu və ürək yanması
Qəhvə turşulu içkidir və acqarına içildikdə mədə turşuluğunu artıra bilər. Bu da mədənin selikli qişasının qıcıqlanmasına, ürək yanmasına və reflüksə səbəb ola bilər. Xüsusilə QESX və həssas mədəsi olan insanlara ehtiyatlı olmaq tövsiyə edilir.

Kofeinin daha sürətli sorulması
Acqarına qəbul edilən kofein daha tez sorulur və narahatlıq, əsəbilik, ürək döyüntüsünün artması, baş ağrısı və təzyiq yüksəlməsi kimi təsirlər yarada bilər. Həkimlər gündəlik kofein qəbulunu 400 mq-la məhdudlaşdırmağı məsləhət görürlər.

Həzm problemləri
Bəzi insanlarda acqarına qəhvə içmək şişkinlik, qıcolma, ürəkbulanma və ishala səbəb ola bilər.

Hormonal dəyişikliklər
Kofein stress hormonu olan kortizolun ifrazını artıra bilər. Kortizolun yüksək səviyyəsi narahatlıq, yuxu problemləri və uzunmüddətli dövrdə ürək-sümük sağlamlığına mənfi təsir göstərə bilər.

Mütəxəssislər qəhvənin qida ilə birlikdə və ölçülü şəkildə qəbul edilməsini tövsiyə edirlər.

 

Pərvanə Fərhadqızı

Chosen
180
50
qht.az

10Sources