EN

Misli Premyer Liqasında cəzalılar: 2 baş məşqçi, 7 futbolçu turu buraxır

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Misli Premyer Liqasının XVII turunda doqquz cəzalı var. Sport24.az xəbər verir ki, onlardan ikisi baş məşqçi, yeddisi ilə futbolçudur. "Sumqayıt"ın baş məşqçisi Saşa İliç və "Qəbələ"yə rəhbərlik edən Kaxaber Tsxadadze bu tur texniki zonadan kənar qalacaqlar. Bundan əlavə, "kimyaçılar"da Nikola Ninkoviçlə Rüstəm Əhmədzadə komandalarına kömək edə bilməyəcəklər. "Qəbələ"də isə İbrahim Sanqare və Xayme Syerra cəzalıdır.Bundan əlavə, "Karvan-Yevlax"dan Barker İmami, Araz Abdullayev, "Şamaxı"dan isə Arsen Ağcabəyov ilin ilk rəsmi qarşılaşmasında iştirak etməyəcək.Qeyd edək ki, XVII tur bu gün "İmişli" - "Araz-Naxçıvan" matçı ilə start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
135
sport24.az

1Sources