EN

“Oskar” mükafatına namizədlər açıqlandı


Los-Ancelesdə 98-ci “Oskar” mükafatına namizədlər elan edilib.
Yeniavaz.com
xəbər verir ki, “Ən yaxşı film” nominasiyasında “Bugonia”, “F1”, “Frankenstein”, “Hamnet”, “Möhtəşəm Marti”, “Döyüşdən döyüşə”, “Gizli agent”, “Sentimental dəyər”, “Günahkarlar” və “Qatar xəyalları” namizəd göstərilib.
Sankt-Peterburqlu animator Konstantin Bronzitin “Üç Bacı” qısametrajlı animasiya filmi “Ən yaxşı animasiya qısametrajlı film” nominasiyasında namizəd göstərilib. Rejissor filmin titrlərində Timur Koqnov təxəllüsü ilə qeyd olunub.
Mükafat tarixində ilk dəfə olaraq “Ən yaxşı aktyor seçimi” nominasiyası elan edilib. Bu kateqoriyada namizəd göstərilən filmlər “Hamnet”, “Möhtəşəm Marti”, “Döyüşdən Döyüşə”, “Gizli Agent” və “Günahkarlar”dır.
Rejissorluq mükafatına namizədlər bunlardır: Pol Tomas Anderson (“Döyüşdən döyüşə”), Xloe Çjao (“Hamnet”), Rayan Kuqler (“Günahkarlar”), Yoakim Trier (“Sentimental dəyər”) və Coş Sefdi (“Möhtəşəm Marti”).
“Ən yaxşı aktyor” nominantları Timoti Şalame (“Möhtəşəm Marti”), Leonardo Dikaprio (“Döyüşdən döyüşə”), Vagner Moura (“Gizli Agent”), Maykl B. Cordan (“Günahkarlar”) və İtan Houk (“Mavi Ay”).
“Ən yaxşı aktrisa” nominantları Cessi Bakli (“Hamnet”), Rouz Birn (“Bacarsam səni təpikləyərdim”), Renate Reinsve (“Sentimental dəyər”), Emma Stoun (“Bugonia”) və Kate Hudson (“Onların xəyallarının melodiyası”)-dır.
“Günahkarlar” ən çox nominasiyaya malikdir və rekord sayda 16 nominasiya ilə seçilir. Əvvəllər “Oskar” nominasiyası rekordu hər biri 14 nominasiya ilə “All About Eve”, “Titanik” və “La La Land” filmlərinə məxsus idi.
Chosen
39
yeniavaz.com

1Sources