EN

İran inqilabının həqiqi müəllifi xalqdır - Əliməmməd Nuriyev

"İranda baş verən hadisələr göstərir ki, inqilabın həqiqi müəllifi xalqdır, gizli aktorlar yalnız fürsət yarada bilər. Qadınlar, gənclər və şəhər orta təbəqəsi rejimin ideoloji və iqtisadi təzyiqlərinə qarşı çıxır, etiraz artıq yalnız küçədə deyil, gündəlik həyat və münasibətlərdə özünü göstərir".

QHT.az xəbər verir ki, bu sözləri “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, küçə aksiyalarının azalması prosesin bitdiyi anlamına gəlmir; dəyişiklik ailədə, davranış kodlarında və ideoloji rituallarda davam edir. Hakimiyyətin zorakılığı idarəetmənin iflasını göstərir və etirazın formasını dəyişdirir, xalqı dayandırmır:

"İran türklərinin ehtiyatlı davranışı tarixi təcrübəyə əsaslanan strateji addımdır. İnqilab tək müəllifli hadisə deyil, xalqın plan, struktur və kütləvi davranışlarının nəticəsidir. Xalqsız inqilab olmur; proses səs-küydən səssizliyə keçsə də davam edir".

Chosen
18
qht.az

1Sources