EN

Ukraynanın antikorrupsiya orqanları DSX-nin keçmiş rəhbərinin evində axtarış aparıb

Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) siqaret qaçaqmalçılığı işi ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin keçmiş rəhbəri Sergey Deynekonun evində axtarışlar aparır.

Herbiand.az bildirir ki, bu barədə “Ukrainskaya Pravda” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat verib.

“Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğu Dövlət Sərhəd Xidmətinin keçmiş rəhbəri Sergey Deynekonun evində axtarışlar aparır. İstintaq hərəkətləri siqaret qaçaqmalçılığı ilə bağlı qanunsuz mənfəət işi çərçivəsində aparılır”, - qəzetin saytında dərc olunmuş məlumatda deyilir.

Ukrayna Dövlət Sərhəd Xidməti hələlik istintaq hərəkətləri ilə bağlı rəsmi açıqlama verməyib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
73
herbiand.az

1Sources