EN

Avrokuboklarda 150-ci qol

Azərbaycan klublarının UEFA Çempionlar Liqasında vurduğu qolların ümumi sayı 150-yə çatıb.

Apasport.az xəbər verir ki, yubiley qolunu Bəhlul Mustafazadə vurub.

“Qarabağ”ın müdafiəçisi Liqa mərhələsinin VII turunun “Ayntraxt”la (Frankfurt, Almaniya) ev matçında qələbə topunun müəllifi olub – 3:2. Azərbaycan komandaları qitənin ən nüfuzlu klub turnirinin təsnifat və əsas mərhələlərinə keçirilən 116-cı matçda 150-yə çatıb.

Bu qollara 7 komanda imza atıb. “Qarabağ” hamıdan çox – 110 dəfə fərqlənib. “Neftçi” 18, “Bakı” 7, “Şəmkir” 6, “Kəpəz” 4, “Şamaxı” 3, “Xəzər Lənkəran” 2 qola sevinib. 150 qoldan 135-i təsnifat və pley-off, 15-i əsas mərhələlərdə (qrup və liqa) vurulub.

Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycan təmsilçilərinin ilk qoluna İmamyar Süleymanov imza atıb. O, 1998-ci il iyulun 22-də LKS (Polşa) – “Kəpəz” qarşılaşmasında (4:1) fərqlənib.

"Kəpəz" millinin sabiq üzvünü heyətinə qatıb

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib

Günün oyunları bu kanallarda

Azərbaycanlı hakim Ermənistan millisinin oyununa təyinat alıb

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib

Chosen
158
20
apasport.az

10Sources