EN

KOB-lara təlimlər, məsləhət xidmətləri və biznes planların hazırlanması üzrə geniş dəstək təqdim olunub

Bakı. Trend:

2025-ci ildə KOB subyektlərinin biznes sahəsində bilik vəbacarıqlarının yaxşılaşdırılması, sahibkarlığa dair məlumatlılıqsəviyyəsinin artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafıAgentliyi (KOBİA) tərəfindən 751 təlim təşkil olunub.

Bu barədə Trend-ə KOBİA-dan məlumat verilib.

Bakı şəhərini və regionları əhatə edən təlimlər KOB-larınehtiyaclarına uyğun olaraq satış, marketinq, mühasibatlıq, işçiheyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyalarıntətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması,“yaşıl iqtisadiyyat” və digər mövzuları əhatə edib. Agentliyinvideo təlim platformasında yerləşdirilmiş onlayn təlimvideolarından, təlim materialları və özünüqiymətləndirmətestlərindən isə 475 sahibkar və biznesə başlamaq istəyən şəxsfaydalanıb.

Ötən il KOBİA tərəfindən satış kanallarına çıxış, marketinq,biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı340 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidmətigöstərilib.
Agentlik 2025-ci ildə kənd təsərrüfatı, istehsal, xidmət və digəristiqamətlərdə 288 biznes planın hazırlanmasına dəstək verib.

Ümumilikdə, 2025-ci ildə KOBİA-nın KOB subyektlərinin biznesbiliklərinin və bacarıqlarının artırılması istiqamətində göstərdiyidəstək və xidmətlərdən 7 mindən çox KOB subyekti, startap vəbiznesə başlamaq istəyən şəxs yararlanıb. Bu dəstək və xidmətlərcanlı və onlayn rejimdə olmaqla, tamamilə ödənişsiz təqdimedilib.

Chosen
28
6
az.trend.az

10Sources