EN

Beyləqanda “Kontakt” dövrü başladı - Açılışa özəl 60%-dək endirimlər!

“Kontakt” mağazalar şəbəkəsi Azərbaycanın bölgələrini sevindirməyə və daha da yaxın olmağa davam edir: bu dəfə isə yeni ünvan Beyləqan rayonu oldu. Şəbəkənin Beyləqandakı ilk mağazasının açılışı musiqili-əyləncəli anlar, sürpriz hədiyyələr və əlbəttə ki, bol endirimlər ilə həmin günü ziyarətçilər üçün unudulmaz edib. 

"Unikal" xəbər verir ki, Beyləqanın mərkəzində fəaliyyətə başlayan ikimərtəbəli yeni “Kontakt” mağazasında indi axtardığınız hər şey bir aradadır. Burada ən son model smartfonlar, notbuklar kimi rəqəmsal avadanlıqlardan tutmuş, evinizə rahatlıq gətirəcək böyük və kiçik məişət texnikasına, zövqünüzü oxşayacaq dəbli mebel dəstlərinə, süfrələrinizi bəzəyəcək qab-qacaq və ev tekstilinə qədər minlərlə çeşid məhsul alıcıları gözləyir. 

Üstəlik, açılışa özəl nağd alışda 60%-dək endirimlər və endirimli qiyməti elə yerindəcə 24 ayadək hissələrə bölmə imkanı ilk gündən şəhər sakinlərinin böyük marağına və mağazaya axınına səbəb olub. Qeyd edək ki, açılışa özəl ekstra endirimli qiymətlər məhdud müddət ərzində - yanvarın 25-dək qüvvədə olacaq. 

Bu günlər ərzində Beyləqandakı yeni “Kontakt” mağazasından:

Odur ki, sizə də həm sərfəli alış-veriş etmək, həm də məhsul çeşidinin bolluğundan faydalanmaq üçün Beyləqan rayonu Səttar İmrəliyev küçəsində - Təzə Bazarın yanında yerləşən “Kontakt” mağazasına baş çəkməyi tövsiyə edirik!

Chosen
188
4
unikal.az

10Sources