EN

Sumqayıtda ağır qəza: XƏSARƏT ALANLAR VAR – VİDEO

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə yanvarın 21-də gecə saatlarında şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Mehrab Niftəliyev küçəsində "Mercedes" markalı 99-MF-553 dövlət nömrə nişanlı avtomobillə KIA markalı, 77-MF-033 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə təcili tibbi yardım xidməti cəlb olunub.

Avtomobillərə ciddi ziyan dəyib. (Oxu.az)


Bizim.Media

Chosen
122
bizim.media

1Sources