EN

Qurban Qurbanov qələbəni şərh etdi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan futbolu adına çox sevinir. Metbuat.az-ın məlumatına görə, bunu Ağdam təmsilçisinin çalışdırıcısının özü mətbuat konfransında deyib.Təcrübəli mütəxəssis Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasına qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:"Qələbə münasibəti ilə azarkeşlərimizi təbrik edirəm. Bu qalibiyyət onların haqqı idi. Belə soyuq havada komandaya dəstək oldular. Bəlkə də azarkeşlər bu qələbəni bizdən çox istəyirdilər. Təbii ki, futbolçularımı da təbrik edirəm. Meydanda intizamlı oyun var idi. Hətta, deyərdim ki, bəzi matçlarda görmədiyimiz intizamı gördük. Azərbaycan futbolu adına çox sevinirəm".

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" matçı Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.

Chosen
138
9
metbuat.az

10Sources