EN

Yasamalda yaşayış binasında YANĞIN

Ajans.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasının onüçüncü mərtəbəsində ümumi dəhlizin eyvanında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində bir ədəd kombi avadanlığı yanıb. Xəsarət alan olmayıb. Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.
Chosen
113
21
Ajans.az

10Sources