EN

Keçmiş xanımını məhkəməyə verdi

“Barselona”nın keçmiş müdafiəçisi Dani Alveş keçmiş həyat yoldaşı Dinora Santananı məhkəməyə verib.

Publika.az xəbər verir ki, bu barədə ULO məlumat yayıb.

Mənbənin məlumatına görə, braziliyalı keçmiş həyat yoldaşını onun hesablarından 3 milyon avrodan çox pul mənimsəməkdə ittiham edib. O, 2013-2023-cü illərdə keçmiş futbolçunun aktivlərini idarə edib.

Məlumata görə, məhkəmə Dani Alveşin keçmiş həyat yoldaşına 10 illik maliyyə hesabatını təqdim etməyi tapşırıb. Dinoranın müdafiəsi iddiaları rədd edir və bildirir ki, keçmiş futbolçu iki övladı üçün aliment tələb edən məhkəmə iddiasına görə qisas alır.

Chosen
131
4
publika.az

5Sources