EN

Lavrov: “Fələstin dövləti qurulmadan...”

Rusiya xarici işlər naziri Sergey Lavrov Fələstin Dövləti qurulmadan bölgədə sabitliyin təmin olunmasının mümkün olmadığını vurğulayaraq bildirib ki, “Yaxın Şərq probleminin uzunmüddətli həlli üçün Fələstin Dövlətinin yaradılmasına dair Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarları icra edilməlidir”.

"Cebheinfo.az" xəbər verir ki, Lavrov Xarici İşlər Nazirliyinin binasında keçirilən illik mətbuat konfransında Rusiya diplomatiyasının 2025-ci il üzrə fəaliyyətini qiymətləndirib.

Təxminən 3 saat davam edən toplantıda Lavrov jurnalistlərin gündəmdə olan məsələlərlə bağlı suallarını cavablandırıb.

ABŞ-nin Venesuelaya hərbi müdaxilə edərək ölkə Prezidenti Nicolas Maduronu saxladığını xatırladan Lavrov, Kuba və digər Latın Amerikası ölkələrinin də ABŞ tərəfindən təhdid edildiyini bildirib.

Qərb ölkələrinin İrandakı vəziyyətə müdaxilə cəhdlərinin narahatlıq doğurduğunu deyən Lavrov qeyd edib ki, “Bu məsələ Tehran rəhbərliyinin dinc nüvə enerjisindən istifadə hüququna hörmət əsasında həll edilməlidir”.

Rusiyanın İsrail və İran arasında vasitəçilik etməsi ilə bağlı iddialara toxunan Lavrov, “İsrail və İran tərəfinin təşəbbüsü ilə bu mövzuda təmaslarımız olub. Bizə müraciət edən tərəflərə kömək etməyə hazırıq”, – deyə bildirib.

Qəzzadakı vəziyyətə də toxunan Lavrov vurğulayıb ki, “Yaxın Şərq probleminin uzunmüddətli həlli üçün Fələstin dövlətinin yaradılmasına dair BMT qərarlarının icrası vacibdir. Bu meyar ABŞ Prezidenti Donald Trampın "Sülh Şurası"nın yaradılması ilə bağlı təşəbbüsü üçün də keçərlidir”.

Lavrov Rusiyanın Qəzza üzrə sülh planı çərçivəsində yaradılan “Sülh Şurası”na dəvət edildiyini və qurumun nizamnamə layihəsini aldıqlarını bildirib.

O əlavə edib ki, bu təklifin detalları ABŞ tərəfi ilə aparılacaq təmaslar zamanı dəqiqləşdirilməlidir.

Chosen
149
1
cebheinfo.az

2Sources