EN

Viktoriya Mboko Avstraliya Açıq Çempionatına inamlı qələbə ilə başladı

Kanadalı tennisçi, dünya reytinqində 17-ci pillədə qərarlaşan Viktoriya Mboko Avstraliya Açıq Çempionatı turnirinin birinci mərhələsində Avstraliya təmsilçisi Emerson Consu (dünya reytinqində 155-ci yer) məğlub edib.

90deqiqe.Az xəbər verir ki,tennisçilər arasında keçirilən qarşılaşma 1 saat 12 dəqiqə davam edib və Mbokonun 6:4, 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Mboko növbəti mərhələdə Böyük Britaniya təmsilçisi, dünya reytinqində 29-cu olan Emma Radukanu ilə qarşılaşacaq.

Qeyd edək ki, Avstraliya Açıq Çempionatı turniri 1 fevral tarixində başa çatacaq.

Chosen
112
90deqiqe.az

1Sources