EN

Dramatik və qalmaqallı final: Bu oyunda nələr baş vermədi ki..

Seneqal millisi Afrika Millətlər Kubokunun qalmaqallı finalında Mərakeş yığmasına qalib gəlib.

Publika.az xəbər verir ki, qarşılaşma əlavə vaxta qədər uzanıb və burada seneqallılar 1:0 hesabı ilə önə çıxıblar. Oyunda yeganə qolu 94-cü dəqiqədə Pape Que vurub.

Əsas vaxtın son dəqiqələri qalmaqalla yadda qalıb. Seneqalın qapısına penalti təyin olunduqdan sonra baş məşqçi Pap Tyavın rəhbərlik etdiyi komandanı etiraz əlaməti olaraq meydandan çıxarıb ki, bu da oyunda uzun fasiləyə səbəb olub. Yalnız seneqallıların lideri Sadio Manenin təkidi ilə komanda geri qayıdıb. Matç bərpa edildikdən sonra mərakeşli Braim Dias 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Bundan əvvəl isə hakimlər oyun zamanı İsmaili Sarrın qolunu ləğv ediblər. Ümumilikdə qarşılaşma çoxsaylı xəbərdarlıqlar və gərgin mübarizə ilə yadda qalıb.

Chosen
142
publika.az

1Sources