EN

Londonda səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi

Bakı. Trend:

London şəhərində keçirilən etiraz aksiyası zamanı İranın BöyükBritaniyadakı səfirlik binasının damına çıxaraq bayrağı endirənnümayişçi və daha bir neçə nəfər saxlanılıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, etiraz aksiyasında meydana gələn toqquşmalardabir neçə polis əməkdaşı xəsarət alıb.

“Bu axşam İran Səfirliyinin qarşısında davam edən etirazaksiyası zamanı bir etirazçı qanunsuz şəkildə şəxsi mülkiyyətədaxil olaraq bir neçə eyvan vasitəsilə səfirliyin damına çıxıb vəbayrağı endirib”, - London baş polis idarəsinin rəsmi “X”səhifəsində qeyd olunur.

Böyük Britaniyanın paytaxt polisinin əlavə məlumatına görə,davam edən iğtişaşlar zamanı polis əməkdaşlarına müxtəlif əşyalaratılıb, nəticədə bir neçə əməkdaş xəsarət alıb və zorakılıq vəictimai asayiş pozuntusu şübhəsi ilə bir sıra şəxslərsaxlanılıb.

Məqalədə:
Chosen
161
13
az.trend.az

10Sources