EN

Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

Zaqatalada qazdan zəhərlənmə faktı qeydə alınıb.

Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saat 22:00-da Zaqatala şəhəri Ərəblinski küçəsi, 50 ünvanında baş verib.

1960-cı il təvəllüdlü Sura Vəliyullah qızı Səmədova, 1994-cü il təvəllüdlü İranə İlham qızı Səmədova, 2020-ci il təvəllüdlü İ.S. və 2024-cü il təvəllüdlü E.S. zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Birinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Müayinə zamanı məlum olub ki, bir ailənin dörd üzvü, o cümlədən iki azyaşlı qazdan zəhərlənib. Zəruri tibbi yardım göstərildikdən sonra ana İranə Səmədova və övladlarının vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün evə buraxılıblar.

Chosen
133
9
publika.az

10Sources