EN

Tezliklə vətəninə qayıdacaq

Cakomo Raspadori tezliklə vətəninə qayıdacaq.

"Football-plus.az" xəbər verir ki, italiyalı futbolçu böyük ehtimalla “Atalanta”ya keçəcək. İnsayder Fabritsio Romanonun məlumatına görə, Berqamo klubu “Atletiko”nun hücumçusu uğrunda mübarizədə “Roma”nı qabaqlayıb. 25 yaşlı futbolçu “Roma”ya keçməyə çox yaxın olsa da, “Atalanta” son anda transferin yönünü dəyişib. Bu klub həm “Atletiko”ya, həm də oyunçuya daha sərfəli şərtlər təklif edərək razılıq əldə edib.

Cakomo Madrid klubuna ötən yay “Napoli”dən 22 milyon avroya keçmişdi. Onun “Atletiko” ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdi. Raspadori bu komandada 15 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
127
3
football-plus.az

4Sources