EN

İdman Məktəbində şahmat üzrə idmançılarla görüş təşkil olunub FOTO

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

11 nömrəli Uşaq Gənclər İdman Məktəbində şahmat idman növü üzrə idmançılarla görüş təşkil olunub.

İdman.Biz xəbər verir ki, bu barədə Bakı Şəhər Gənclər və İdman İdarəsi məlumat yayıb.

Bildirilib ki, tədbirdə Qaradağ rayon Gənclər və İdman Sektorunun müdiri Elçin Abbasov, məktəbin direktoru Natiq Ələkbərov, şahmat məşqçiləri və idmançılar iştirak ediblər.

Çıxış edənlər vurğulayıblar ki, 11 nömrəli UGİM-in uğurları ildən-ilə artır. Məktəbin şahmatçıları artıq Bakı və Respublika yarışları ilə yanaşı beynəlxalq turnirlərdə də yüksək nəticələr əldə edirlər. Onlara gələcək yarışlarda uğurlar arzulayan natiqlər idmançıların nailiyyətlərinin daha da artacağına inandıqlarını bildiriblər.

Qeyd edək ki, görüşdə ümumilikdə 67 nəfər iştirak edib.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
91
12
icma.az

10Sources