Bakı. Trend:
2025-ci ilin dekabr ayında yaşa görə aylıq sosial müavinətalanların sayı 166,7 min nəfərdən çox olub.
Trend xəbərverir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, onların 36,8%-ni kişilər, 63,2%-ni isə qadınlartəşkil edib.
Qeyd edək ki, 2024-cü ilin dekabr ayında yaşa görə aylıq sosialmüavinət alanların sayı 156 min nəfərdən çox olub.
Onların 32,93%-ni kişilər, 67,07%-ni isə qadınlar təşkiledib.