EN

Xınalıqda uşaqların qar sevinci VİDEO

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qubanın Xınalıq kəndinə 30 sm-ə yaxın qar yağıb.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bununla belə kənd öz adi həyatını yaşayır.

 

Belə ki, qarın yağması dağ kəndində həyat tərzinə mane olmur. Kimi mal-qarasını təmiz qar havasına çıxarır, tövlədə otunu verir, kimi məktəbə, digər iş yerinə gedir. Məktəbli uşaqlar isə tənəffüsdə imkan tapıb qartopu oynayırlar.

Rayon mərkəzindən Xınalığa gələn yolda qarın çox olması səbəbindən problem yaranıb. Yol bağlı olmasa da, nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaşanır.Quba 5 saylı Yol İstismar İdarəsinin işçiləri yolun qardan təmizlənməsi işlərini aparır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
120
1
bizim.media

2Sources