ABŞ-ın İrana potensial hücum üçün istifadə edilə biləcək məhdud hərbi resursları var.
Publika.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Bundan əlavə, bu resurslar Vaşinqtonun ötən yay Yaxın Şərqdə sahib olduğu resurslardan daha azdır.
Nəşr qeyd edir: “ABŞ prezidenti hələ də İran rəhbərliyinə və ya hərbi obyektlərinə hava hücumları əmri verə bilər. Lakin onun seçimləri ABŞ-ın İranın nüvə obyektlərini məhv etdiyi iyun ayında olduğundan daha məhduddur.