EN

Qusarda maşın vuran məktəblilərinVƏZİYYƏTİ - YENİLƏNİB

Qusar şəhərində maşın vuran məktəblilərin son vəziyyəti açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, Qusar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanvarın 13-də, saat 14:00-da Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində yaralanmış iki nəfər (qadın cinsli) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"2009-cu il və 2010-cu il təvəllüdlü pasiyentlərə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozları qoyulub və zəruri tibbi xidmətlər göstərilib.

Hər iki pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir", - deyə məlumatda qeyd olunub (oxu.az).

***

Qusarda məktəbliləri maşın vurub.

Redaktor.az-ın məlumatına görə, hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki məktəbli qızı vurub.

Hadisə nəticəsində məktəblilər 2009-cu il təvəllüdlü E.Piriyeva və  2010-cu il təvəllüdlü A.Vəlixanova müxtəlif dərəcəli xəsarətləri ilə xəstəxanaya aparılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır (oxu.az).

Chosen
116
1
redaktor.az

2Sources