“İstənilən hərbi hücum” Tehranın İsrailə və regiondakı Amerika bazalarına cavab zərbələri endirməsi ilə nəticələnəcək.
Paralel.az xəbər verir ki , İran parlamentinin sədri Məhəmməd Bağir Qalibaf ABŞ prezidenti Donald Trampı bu fikirlərlə xəbərdar edib.
“ABŞ tərəfindən hərbi hücum baş verərsə, həm İsrail, həm də ABŞ-ın regiondakı hərbi və dəniz obyektləri bizim qanuni hədəfimizə çevriləcək”, – deyə Qalibaf bildirib.